Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Vahabzadə: Fermerlər bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli məhsul təqdim edə biləcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə AZƏRTAC-a müsahibəsində regional aqrokimya laboratoriyalarının fəaliyyətindən və onların önəmindən, fermerlərə göstərilən xidmətlərdən danışıb. Müsahibəni təqdim edirik.

- Rəşad müəllim, regional aqrokimya laboratoriyalarının fəaliyyəti hansı prosedurlar əsasında təmin edilir?

- Regional aqrokimya laboratoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 inzibati ərazi bölgüsündə Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 2016-cı il 13 avqust tarixli Kollegiya qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

- Hazırda hansı regionlarda aqrokimya laboratoriyaları fəaliyyət göstərir?

- Hazırda Bərdə, Göygöl, Quba, Salyan, Sabirabad, Şamaxı, Tovuz, Ucar regional aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Şəki və Abşeron regional aqrokimya laboratoriyalarının isə cari ilin oktyabr ayınadək fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qeyd edim ki, Quba və Bərdə regional aqrokimya laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, cihaz və avadanlıqların quraşdırılması istiqamətində işlər başa çatdırılıb və laboratoriyalar istismara buraxılıb. Lənkəran, Şəki, Salyan və Sabirabad laboratoriyalarının yenidən işə salınması məqsədi ilə alınması nəzərdə tutulan cihazlar sifariş verilib. Laboratoriyaların fəaliyyəti İSO/17025-2009 standartının tələblərinə uyğun formalaşdırılır. Laboratoriyalarda texniki və idarəetmə menecmenti qurulub. Analizlərin aparılmasında müasir innovativ sınaq metodları tətbiq olunur. Sınaqlarda qeyri-müəyyənliyin təyin olunması istiqamətində proseduralara əməl edilir. Bu istiqamətdə sınaqların dəqiqliyinin təsdiqlənməsi üçün peşəkarlığın artırılmasını və keyfiyyət analizlərinin həyata keçirilməsini təşkil edən beynəlxalq şirkətlərdə qeydiyyat aparılıb və cari ilin sonunda aparılacaq analiz mərhələlərində laboratoriyalarımız da iştirak edəcək. Əldə ediləcək nəticələrə uyğun olaraq laboratoriyalarımızda akkreditasiya sahəsi müəyyən olunacaq. İştirak edəcəyimiz mərhələlər torpaq, su və bitki analizləri üzrə olacaq.

- Bu laboratoriyalar fermerlərə hansı xidmətləri təklif edirlər? Göstərilən xidmətlər müqabilində ödənişlər hansı tarif əsasında həyata keçirilir?

- Regional aqrokimya laboratoriyaları fermerlərə torpağın məhsuldarlıq göstəricilərinin, torpağın fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir. Göstərilən xidmətlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 18 iyul tarixli 87 nömrəli əmri ilə təsdiq olunmuş tarif qiymətlərinə əsasən aparılır. Həmçinin laboratoriyaların kadr təminatının təşkil edilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Belə ki, işə götürülən texniki heyət elmi-praktiki təlimlərdə iştirak ediblər. Regionlar üzrə kadr təminatı formalaşdırılıb və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib. Sözsüz ki, laboratoriyalarda kadr hazırlığı və təlimlərin təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir innovativ metodların tətbiq olunması daimi olaraq təlimlərin aparılmasına vüsət verir. Texniki heyət nümunələrin götürülməsi, sınaqların aparılması üzrə təlimlərdə iştirak ediblər.

- Aqrokimya laboratoriyaları ölkədə aqrar sahənin inkişafı üçün hansı töhfələr verəcək?

- Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıyır. Aqrokimyəvi tədqiqatlar nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyənləşdirir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağın və bitkinin fiziki-kimyəvi analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərimizdən yararlanaraq istehlakçılara keyfiyyətli və təhlükəsiz məhsul təklif edə bilərlər.

- Bəs, bu laboratoriyaların cəmiyyətdə tanıdılması və geniş təbliğ olunması istiqamətində hansı işlər görülür? Bununla bağlı hansı planlar hazırlanıb?

- Aqrokimya laboratoriyaların PR və marketinq sahəsinin formalaşdırılması və qurulması istiqamətində hazırlıq işlərinə başlanılıb. Hazırda müştəri bazasının formalaşdırılması, xidmətlərin daxili bazarda həcminin hesablanması, xidmət sahələrinin keyfiyyətinə nəzarət sisteminin formalaşdırılması, reklam və tanıtma çarxlarının, bukletlərin hazırlanması, fermer təsərrüfatları ilə görüşlərin keçirilməsi, sosial şəbəkələrdə aktivliyin formalaşdırılması, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat işlərinin təşkili prosesi gedir.

- Bu laboratoriyaların fəaliyyəti aqrar sektora nə kimi təsir göstərəcək?

- Aqrokimya laboratoriyalarının fəaliyyəti nəticəsində aqrar sektor daha geniş profillə fəaliyyət göstərəcək. Belə ki, əkinəyararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul artımı baş verəcək. Eyni zamanda, əkinə yararsız torpaqlar müayinə olunaraq yararlı vəziyyətə gətiriləcək. Suvarma suları və onların mənbələrinin monitorinqi nəticəsində keyfiyyətli suvarma suları monitorinqə uyğun olaraq qruplaşacaq və fermerlər sudan düzgün istifadə qaydalarına riayət edərək, vəsaitlərinə qənaət etmiş olacaqlar. Bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli və təhlükəsiz məhsul təqdim edəcəklər və bütün bu proseslərin sonunda dayanıqlı sabit marketinq idarəetməsini formalaşdıracaqlar. Keyfiyyətli məhsul istehsalı respublikanın ixrac əməliyyatlarında dayanıqlı inkişaf reformasına və proseslərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bunun sayəsində fermerlər vəsaitlərini düzgün istiqamətdə yönəltməklə böyük gəlirlər əldə edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir