Respublika çaylarında sel və daşqınlara qarşı sahilbərkitmə işləri aparılmışdır
Bakı, 7 iyun (AZƏRTAC). Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar, Yevlax, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Tərtər və Şəmkir rayonlarında 124 min 659,2 paqonmetr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə əlaqədar keçirilən elmi-praktiki konfransda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində (ASC) sədri Əhməd Əhmədzadə məlumat vermişdir.
Nəzərə çatdırılmışdır ki, respublika çaylarında sel və daşqınlara qarşı 11 min 771 paqonmetr uzunluğunda sahilbərkitmə işləri aparılmışdır.
Bundan əlavə, Türyançay çayı məcrasında 4 min 195 paqonmetr uzunluğunda məcratəmizləmə işi görülmüşdür. Araz çayında isə sahilbərkitmə işlərinin aparılması üçün daş üzlüklü mühafizə dambasının layihə-smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]