Respublika çaylarında sululuqla bağlı mövcud vəziyyət məlum olub
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 22 m3/s olmaqla, ongünlük normanın 24 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Bankədə 8, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma, Salyanda isə suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 290, Şirvanda 131, Salyanda 68, Bankədə 186, Araz çayının Novruzlu məntəqəsində isə 28 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]