Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət müəyyənləşib
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 118 m3/s və ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 3-4 m3/s olmaqla, ongünlük normanın 5 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 53 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 288 santimetr, Şirvanda 125 santimetr, Salyanda 65 santimetr, Bankədə 176 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə 25 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]