Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Nəsimi rayonu ərazisində yerləşən restoranda Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:42]
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
- 07.10.2026 [13:17]
Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir
- 07.10.2026 [12:57]