Reza Deqati: Qarabağ həqiqətləri dünyada böyük rezonans doğurmalıdır
Bakı, 10 aprel, AZƏRTAC
Dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin aprel ayında Lozanna, Brüssel, Venesiya, Mərakeş, Avstriya və Fransada sərgiləri və konfransları keçiriləcək.
Bu barədə AZƏRTAC-a fotoqrafın özü məlumat verib.
O bildirib: “Sərgi və konfranslarda otuz il ərzində Azərbaycanda baş verənlər, Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqqında danışacağam. Qarabağ həqiqətləri dünyada böyük rezonans doğurmalıdır”.