Rişi Sunak Britaniyanın Ukraynaya hərbi yardımını qiymətləndirməyi tapşırıb
Bakı, 17 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna müharibəsinin gedişini və Birləşmiş Krallığın hərbi yardımının oynadığı rolu qiymətləndirməyi tapşırıb.
AZƏRTAC xəbər verir ki, BBC teleradio kompaniyası bu barədə Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Bu xəbər Baş nazirin Ukraynaya hərbi yardım məsələsinə həddən artıq ehtiyatlı yanaşması ilə bağlı narahatlıqları artırıb.
Mənbələrin məlumatına görə, Rişi Sunakın tələb etdiyi auditin məqsədi münaqişənin gedişini və Böyük Britaniyanın Ukraynaya yardımının əhəmiyyətini qiymətləndirmək, habelə Kiyevin ondan necə istifadə etdiyini yoxlamaqdır.
BBC, həmçinin Böyük Britaniyadakı müzakirələrdən xəbərdar olan Ukrayna Prezidenti Volodimir Zelenskinin Rişi Sunakı hərbi yardımı davam etdirməyə çağırdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]