ROMA PAPASI XVI BENEDİKT OLİMPİYA ALOVUNA XEYİR-DUA VERDİ
Vatikanda təntənəli mərasim zamanı Roma Papası XVI Benedikt olimpiya məşəlinə xeyir-dua vermişdir. O, olimpiya barışığı barədə çağırışla dünya birliyinə müraciət etmişdir.
Roma Papası demişdir: “Mən Turində keçiriləcək qış Oyunlarının məşəlinə xeyir-dua verməkdən qürur duyuram. Qoy bu məşəl ümumbəşəri dəyərləri – Olimpiya hərəkatının təməli olan qardaşlıq və sülhü hamıya xatırlatsın”.
Dekabrın 8-də axşam məşəl Kapitoli təpəsinə gətirilmiş və burada Romanın meri Valter Veltroni İtaliya paytaxtında axırıncı dəfə 1960-cı ildə Olimpiya oyunları zamanı şölə saçmış alovu bu məşəldən yandırmışdır.
Olimpiya məşəli estafetində 10 min adam 11 min 300 kilometr məsafə qət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]