“Roma” UEFA Avropa Liqasının ilk finalçısıdır
Bakı, 19 may, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, səfərdə Almaniyanın “Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə edən “Roma” bu turnirdə ilk finalçı olub.
Qeyd edək ki, komandalar arasında Romada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı 1:0.
“Roma”nın finaldakı rəqibi “Sevilya”-“Yuventus” cütünün qalibi olacaq.