Rumıniya Prezidenti: Ölkə vətəndaşları 6 ay əvvəlkindən pis yaşayırlar
Bakı, 17 noyabr, AZƏRTAC
Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin vətəndaşlarının altı ay əvvəlkindən daha pis yaşadığını etiraf edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rumıniya Prezidenti bu açıqlamanı “Romania TV”yə müsahibəsində verib. “Biz olduqca açıq şəkildə bildirməliyik ki, rumınlar indi, məsələn, altı ay əvvəlkindən daha pis yaşayırlar. Belə ki, 10% inflyasiyanın olması hər bir rumının alıcılıq qabiliyyətinin 10% aşağı düşməsi deməkdir”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, hökumətin sərt qənaət tədbirləri haqlıdır, əks halda, inflyasiya 20-30 faizə çata bilərdi. Lakin o, bəzi iqtisadi tədbirlərin fərqli şəkildə həyata keçirilə biləcəyini qeyd edib.
Rumıniya hökuməti əvvəllər 2024-cü ildə ÜDM-in 9,3 faizini təşkil edən Aİ-nin rekord qıran büdcə kəsirini azaltmaq üçün üç sərt qənaət paketi qəbul etmək niyyətində olduğunu açıqlayıb. Parlament tərəfindən iyulun 7-də qəbul edilən ilk paket ƏDV və aksiz vergilərinin artırılmasını, subsidiyaların və müavinətlərin ləğv edilməsini, əməkhaqqı və pensiyaların dondurulmasını əhatə edir. Sentyabrın 1-də təsdiqlənmiş ikinci paket yerli idarəetmədə, səhiyyə sistemində, dövlət şirkətlərində islahatların aparılmasını, hakimlər və prokurorlar üçün xüsusi (artırılmış) pensiyaların tətbiqini nəzərdə tutur. Üçüncü paketin isə mərkəzi idarəetmədə islahatları əhatə edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]