Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb
Bakı, 18 may, AZƏRTAC
Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb. Ümumilikdə ölkədə 19 minə yaxın seçki məntəqəsi açılıb.
AZƏRTAC xəbər verir ki, səsvermə məntəqələrində təhlükəsizliyi və asayişi 43 mindən çox polis və jandarm təmin edir.
Seçkilərdə iştirak etmək üçün 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Xaricdə səsvermə cümə günü başlayıb və üç gündür davam edir.
Rumıniyanın ali dövlət postu uğrunda iki namizəd – sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corce Simion və Buxarestin hazırkı meri, müstəqil namizəd Nikuşor Dan mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]