Rumıniyada prezident seçkilərinin ikinci turunun “exit-poll” nəticələri açıqlanıb

Buxarest, 18 may, AZƏRTAC
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda aparılan “exit-poll” nəticələrinə əsasən, müstəqil namizəd Nikuşor Dan 54,9 faiz səslə öndə gedir. Onun rəqibi, AUR Partiyasının lideri Corce Simion isə 45,1 faiz səs toplayıb.
AZƏRTAC xəbər verir ki, bu nəticələr “Avangarde” Sosial-Davranış Araşdırmaları Qrupu tərəfindən məlumatlara əsasən açıqlanıb və yalnız Rumıniya ərazisində yerləşən seçki məntəqələrində verilmiş səsləri əhatə edir. Xaricdə yaşayan rumınların, diasporanın səsi hələlik bu statistikaya daxil edilməyib.
Qeyd edək ki, 2025-ci il prezident seçkiləri Rumıniya üçün mühüm əhəmiyyət kəsb edir. Namizədlər arasında ciddi ideoloji fərqlər mövcuddur. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, euroskeptik mövqe göstərir.
Diasporadan gələn səslərin yüksək iştirakı yekun nəticələrə əhəmiyyətli təsir göstərə bilər. Seçkilərə qatılmanın yüksək olması da diqqət çəkir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [14:52]
Tədqiqat: Əlavəsiz qəhvə ölüm riskini azaldır
- 24.06.2025 [14:47]
ABŞ Konqresi əməkdaşlarına vatsapdan istifadəni qadağan edib
- 24.06.2025 [14:25]
“Microsoft” macar dilini süni intellekt sistemlərinə inteqrasiya edəcək
- 24.06.2025 [14:13]
Çexiyada sabiq kommunist funksionerlərin pensiyaları azaldılır
- 24.06.2025 [14:12]
Zelenski Ukraynanın hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib
- 24.06.2025 [13:23]
Niderland Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım paketi ayırıb
- 24.06.2025 [13:11]
Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb
- 24.06.2025 [12:47]