Rusiya alkoqol istehlakının azaldılması planını təsdiqləyib
Bakı, 15 dekabr, AZƏRTAC
Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Sənəddə deyilir ki, adambaşına istehlak edilən etanolun həcmi 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir.
Bu barədə AZƏRTAC Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Sənəddə alkoqolun zərərli təsirlərinin ilkin mərhələdə müəyyən edilməsi üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aksiz vergilərindən yayınmağa imkan verən spirtli içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə mübarizə də nəzərdə tutulur.
Hakimiyyət orqanları dərman, ətriyyat, kosmetika və digər spirt tərkibli mayelərin alkoqol kimi istifadəsi təcrübəsini izləmək və qarşısını almaq, habelə görülən tədbirlərin effektivliyini artırmaq üçün sosialyönümlü qeyri-kommersiya təşkilatlarını cəlb etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]