Rusiya aviaşirkəti Həştərxandan Azərbaycana birbaşa uçuşları bərpa edir
Bakı, 8 aprel, AZƏRTAC
“Azimut” aviaşirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm uçuşları bərpa edib. Beləliklə, Həştərxandan Bakıya uçuşların sayı “İrAero” reysləri də daxil olmaqla, həftədə dörd dəfəyə çatdırılıb.
AZƏRTAC Həştərxan aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, fevral ayında şirkət Həştərxandan Bakıya birbaşa uçuşları səbəbi açıqlanmadan dayandırıb.
“Azimut” aviaşirkəti aprel ayında Azərbaycana birbaşa müntəzəm uçuşları bərpa edib. Bakıya uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək: Həştərxana gəliş – saat 08:35, Bakıya gediş isə 09:35-də olacaq. Bir istiqamət üzrə uçuş müddəti 1 saat 30 dəqiqədir” – deyə məlumatda bildirilir.
Aeroportun məlumatına görə, biletlər artıq satışdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]