RUSİYA FEDERASİYA ŞURASININ SƏDRİ “PARLAMENTSKAYA QAZETA”NIN BAŞ REDAKTORUNU VƏZİFƏSİNDƏN ÇIXARMAĞI TƏLƏB ETMİŞDİR
Buna qəzetin 22 iyun nömrəsində getmiş məqalə səbəb olmuşdur. “Lokot alternativi” məqaləsində müəllif Sergey Veryovkinin mülahizəsinə görə, faşist Almaniyası Rusiyanın Avropa hissəsində sovet hakimiyyətinə alternativ ola bilərdi. Jurnalist alman işğalı dövründə Bryansk vilayətində muxtar respublika yaradılması tarixindən söhbət açır. O əmindir ki, bu qurumun hökuməti sovet hökumətindən daha humanist olmuşdur.
Mironov bu yazını “rüsvayçılıq”, baş redaktoru isə “düşmən” adlandırmışdır. O demişdir: “Belə baş redaktorları süpürüb atmaq lazımdır”. İndi o, həmin təkliflə Dövlət Dumasının sədri Boris Qrızlova müraciət etmək niyyətindədir.
Xatırladaq ki, “Parlamentskaya qazeta” Rusiya Federal Məclisinin rəsmi nəşridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]