RUSİYA FEDERASİYASININ AZƏRBAYCANA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ ARTIQ BAKIDADIR
Diplomat jurnalistlərlə görüşündə demişdir ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin yeni mərhələsinin təməlini altı il əvvəl ümummilli lider Heydər Əliyev və Prezident Vladimir Putin qoymuşlar. Son illər bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin səyləri də xüsusi qeyd edilməlidir.
Səfir daha sonra bildirmişdir ki, Prezident Vladimir Putinlə görüşümüzdə o, sevdiyi Azərbaycana ən xoş arzularını, Azərbaycan xalqına səmimi dost hisslərini çatdırmağı xahiş etmişdir. Prezident tapşırıb ki, ölkələrimizin münasibətlərinin bundan sonra da genişlənməsi və möhkəmləndirilməsi üçün əlimdən gələni edim. Ümidvaram ki, azərbaycanlı dostların köməyi ilə bu, baş tutacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]