Rusiya komandası şahmat üzrə dünya çempionatının qalibi olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, finalda Rusiya və Hindistan şahmatçıları üz-üzə gəliblər. Rəqib komandanı məğlub edən Rusiya şahmatçıları dünya çempionatında birinci yeri tutublar.
Qeyd edək ki, Rusiya komandası ikinci dəfə dünya çempionatının qalibi olub. Belə ki, 2017-ci ildə Xantı-Mansiyskdə keçirilən analoji yarışda da rusiyalı şahmatçılar fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşmışdılar.
Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda Gürcüstan yığmasına uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.
Qadınlar arasında şahmat dünya çempionatı iki ildən bir keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]