DÜNYA
Rusiya Korrupsiyaya görə Cinayət Məsuliyyəti haqqında Konvensiyadan çıxır
Moskva, 9 yanvar, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Korrupsiyaya görə Cinayət Məsuliyyəti haqqında Konvensiyanın denonsasiyasına dair qanun layihəsini Dövlət Dumasına təqdim edib.
AZƏRTAC xəbər verir ki, Konvensiya Rusiya tərəfindən 1999-cu ildə Strasburqda imzalanıb. Qanun layihəsinə əlavə olunmuş sənəddə bildirilir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Konvensiyanın yerinə yetirilməsinin gedişinə nəzarət edən Korrupsiyaya qarşı mübarizə qrupunda iştirakının dayandırılması barədə qərar qəbul edib. Bununla əlaqədar, Rusiya Federasiyasının Konvensiyada iştirakı dayandırılır, Rusiya səs hüququndan, məruzələrin müzakirəsində və qəbulunda iştirakdan məhrum edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva