RUSİYA MİQRASİYA QANUNVERİCİLİYİNƏ DAHA DİQQƏTLƏ YANAŞACAQDIR
istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Duması fraksiyalarının lideriləri ilə görüşmüş və bir sıra məsələləri, o cümlədən Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsi məsələsini müzakirə etmişdir.
V.Putin beynəlxalq məsələlərə, o cümlədən Gürcüstanla bağlı məsələlərə toxunaraq demişdir ki, heç kimə Rusiya ilə şantaj dili ilə danışmağı məsləhət görməzdim. O, icra hakimiyyətinin xaricdəki Rusiya vətəndaşlarının hüquq və ləyaqətlərinin, həyatının müdafiəsinə yönəldilmiş tədbirlərinin dəstəklənməsinə görə təşəkkürünü bildirmişdir. V.Putin demişdir: “Ölkədə ictimai qüvvələrin bu cür həmrəyliyi Rusiya vətəndaşlarının əksəriyyəti tərəfindən dəstəklənir, yaxın və uzaq xaricdəki vətəndaşlarımızın hüquqlarının müdafiəsinə kömək edəcəkdir. Qeyd etməliyəm ki, prinsipial beynəlxalq məsələlərdə milli konsensus Rusiya xarici siyasət xəttinin ciddi dayaqlarından biridir”.
Prezident vurğulamışdır ki, Rusiya iqtisadiyyatı tamamilə açıq və şəffaf olmuşdur və bundan sonra da belə olacaqdır. O, Rusiyaya lazım olan kapital və ixtisaslı işçi qüvvəsi axınına kömək etməlidir. Lakin miqrasiya proseslərini elə tənzimləməliyik ki, bu, dövlətin və vətəndaşların xeyrinə olsun.
Rusiya Prezidentinin fikrincə, xarici dövlətlərin vətəndaşlarına Rusiyada əmək, o cümlədən kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ verən hazırkı qanunvericilik diqqətlə nəzərdən keçirilməlidir. V.Putin demişdir: “Gərək bizim qanunvericiliyimiz tam şəkildə beynəlxalq standartlara cavab versin və Rusiya Federasiyasının bu və ya digər regionunda yerli əhalinin hüquqlarını pozmasın”.