RUSİYA ÖZ ƏMTƏƏ İSTEHSALÇILARINI SƏRT İNZİBATİ TƏDBİRLƏRLƏ MÜDAFİƏ EDƏCƏK
V.Putin ölkədə öncül milli layihələrin və demoqrafiq problemlərin müzakirəsinə həsr olunmuş iclasda Rusiyada bu sahədə yaranmış vəziyyəti kəskin tənqid etmişdir. O demişdir ki, bazarlarda özbaşınalıqdır, onları yarımkriminal qruplaşmaların himayədarlığı ilə vasitəçilər idarə edirlər ki, bu da yerli idarəetmə və hüquq mühafizə orqanlarının korrupsiyaya qurşanması nəticəsində mümkün olmuşdur. Prezident demişdir: “Diqqətinizə çatdırmaq istəyirəm ki, son vaxtlar rastlaşdığımız təzahürlərlə bağlı bir çox problemi məhz burada axtarmaq lazımdır. Biz Kondopoqa, Moskva və digər regionlardakı faciəli hadisələrin üstündən sükutla keçə bilmərik. Bu, ilk növbədə, dövlətin və regional hakimiyyət orqanlarının həmin fəaliyyət sahəsini indiyədək tənzimləyə bilməməsinin nəticəsidir”.