RUSİYA ÖZ HƏMVƏTƏNLƏRİ ÜÇÜN VƏTƏNDAŞLIQ ALINMASI REJİMİNİ SADƏLƏŞDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, RF Dövlət Duması həmvətənlərin köçürülməsi üzrə dövlət proqramının iştirakçıları üçün Rusiya Federasiyası vətəndaşlığının alınması qaydalarının sadələşdirilməsi barədə “Rusiya Federasiyasının vətəndaşlıq haqqında” Qanununa düzəlişləri son oxunuşda qəbul etmişdir. İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirmişlər ki, sənədə əsasən, xaricdə yaşayan həmvətənlərin Rusiyaya könüllü köçmələrinə kömək göstərilməsi üzrə Dövlət Proqramının xətti ilə əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması qaydaları sadələşdirilir. Söhbət məcburi şərtlərə riayət etmədən RF-də müvəqqəti yaşamaq üçün icazə, yaxud vəsiqə almaqdan gedir. Yəni Rusiyaya köçmək istəyənlərdən vətəndaşlıq almaq üçün davamlı olaraq 5 il burada yaşamaq, qanuni qazanc mənbəyi haqqında sənədləri təqdim etmək, habelə rus dilini bilmək tələb olunmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]