Rusiya Prezidenti ölkə müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib
Moskva, 20 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.
Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]