RUSİYA VƏ İSRAİL ARASINDA VİZASIZ REJİM FƏALİYYƏT GÖSTƏRƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 20-dən Rusiya və İsrail arasında vizasız rejim fəaliyyət göstərəcəkdir. Bu tədbir “Rusiya Federasiyası vətəndaşlarının və İsrail Dövləti vətəndaşlarının qarşılıqlı səfərləri zamanı viza tələblərindən ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından imtina edilməsi barədə Rusiya Federasiyasının Hökuməti və İsrail Dövlətinin Hökuməti arasında Saziş”in qüvvəyə minməsi ilə əlaqədar həyata keçiriləcəkdir.
Sənədə əsasən, Rusiya və İsrail vətəndaşlarına hər iki dövlətin ərazisinə vizasız gedib-gəlmək, tranzitlə keçmək və yarım ildə bir 90 günədək qalmaq imkanı verilir. RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko yerli KİV-lərə müsahibəsində demişdir ki, həmin saziş müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa güclü təkan verəcək, hər iki ölkənin xalqları arasında humanitar, mədəni və ümumbəşəri əlaqələr üçün “yaşıl işıq” yandıracadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]