RUSİYA XALQLAR DOSTLUĞU UNİVERSİTETİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ
“Buta” İncəsənət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin proqramına tarixi, iqtisadi və mədəni mövzularda eksponatlar sərgisi, RXDU-nun azərbaycanlı tələbələrinin ifasında xalq və estrada musiqisindən ibarət konsert daxil edilmişdir. Təşkilatçıların fikrincə, bu cür tədbirlər dünyanın müxtəlif ölkələrindən gəlmiş tələbələri Azərbaycanın zəngin və rəngarəng mədəniyyəti ilə tanış etmək imkanı yaradır.
“Tarix” mövzusunda stendlərdə vətənimizin keçmişi ilə bağlı mühüm hadisələrdən söhbət açılacaqdır. “İqtisadiyyat” ekspozisiyasında Azərbaycanda istehsal olunan məhsulları Rusiyada satan şirkətlər, Rusiyada bank, turizm xidmətləri, hüquqi xidmətlər göstərən və təsisçiləri Azərbaycanla bağlı olan qurumlar iştirak edəcəklər.
Azərbaycan milli musiqi alətlərinin kolleksiyasından ibarət “Mədəniyyət” mövzusunda ekspozisiya, “Azərbaycan uşaqları” fotosərgisi, Rusiyada işləyən azərbaycanlı rəssamlar haqqında stend və xalq tətbiqi sənət və xalçaçılıq nümunələri sərgidə xüsusi yer tutacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]