Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həllindən danışacaq
Moskva, 18 aprel, AZƏRTAC
Aprelin 19-da Rusiya Federal Məclisinin rəsmi nəşri olan “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova ilə görüş keçiriləcək.
“Parlamentskaya qazeta”nın mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Rusiyanın beynəlxalq aləmdə mövqeyi, beynəlxalq jurnalistlərin Suriya hadisələrinə baxışı, xarici KİV-lərlə ünsiyyətdə şəxsiyyət amilinin rolu, KİV-lərin dünya miqyaslı mühüm problemlərə dair danışıqların nəticələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]