RUSİYA XİN ƏMƏK MİQRANTLARININ CƏLB OLUNMASINA DAİR MİQRASİYA QANUNUNA YENİDƏN BAXILMASINI TƏKLİF EDİR
Daxili işlər naziri Rəşid Nurqaliyev topdan və pərakəndə satış bazarlarında qayda-qanun yaradılmsına dair hazırlanan tədbirlər barədə məlumat vermişdir. Ölkə ərazisində fəaliyyət göstərən bütün ərzaq, kənd təsərrüfatı və tikinti materialları bazarları fəaliyyətinin iqtisadi-hüquqi təhlili aparılır. Bundan sonra onların dekriminallaşdırılması və ilk növbədə vergilərin ödənilməsinə, miqrasiya qanunvericiliyinə riayət edilməsinə və təhlükəsziliyin təmin olunmasına dair əlavə tədbirlər görüləcəkdir.
Nazir demişdir ki, bazar ticarəti obyektlərinin müəssisədənkənar mühafizə bölmələrinin səlahiyyətinə verilməsi, eyni özəl mühafizə qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi nəzərdə tutulmuşdur. Oktyabr ayında 25 özəl mühafizə müəssisəsinin fəaliyyəti dayandırılmışdır. Hazırda bazarlardan yerli istehsalçıları sıxışdıran mütəşəkkil etnik qrupların fəaliyyətinin qarşısının alınması üçün fəal iş aparılır.
Qanunsuz əmək miqrasiyasının qarşısının alınması üçün də tədbirlər görülür. Nazir bildirmişdir ki, saxta miqrasiya sənədləri müsadirə edilir, Rusiya ərazisində qanunsuz olan 7 mindən çox şəxs aşkar edilmiş, onların 1245 nəfəri ölkədən çıxarılmışdır. Yeni miqrasiya qanunvericiliyində əcnəbi işçilərin əmək fəaliyyətinə cəlb olunması qaydaları ciddi təsbit edilməlidir. Əcnəbi işçi qüvvəsindən qanunsuz istifadə edən işəgötürənlərə qarşı fiziki şəxslər üçün əmək haqqının 400 minimal məbləğində, hüquqi şəxslər üçün isə 5 min minimal məbləğindən artıq cərimə tutulması təklif olunur.