Rusiyada əhaliyə gündəlik tələbat mallarının bahalaşacağı ilə bağlı xəbərdarlıq edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Oktyabr ayında Rusiyada gündəlik tələbat mallarının qiymətləri 12 faizə qədər artacaq. İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisadiyyat və Sosial Tədqiqatlar İnstitutunun (IMES) müəllimi Zalina Kazova gözlənilən qiymət artımı barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, ekspert ən çox qiymət artımının meyvə-tərəvəz məhsullarında olacağını bildirib. Saxlama tələblərinə, idxalın artmasına, məzənnə dəyişikliyinə görə onların qiyməti 15-20 faiz artacaq. Ət və süd məhsulları 12-15 faiz bahalaşacaq. Kazova bahalaşmanın səbəbi kimi yem qiymətlərinin mövsümi qalxmasını və logistika xərclərinin daha da artmasını göstərib. Bundan əlavə, taxıl və unun qiyməti 5 faiz, yumurtanın qiyməti isə 10 faiz artacaq.
Ekspertlər qiymət artımını inflyasiya meyilləri və əmək bazarındakı vəziyyətlə əlaqələndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]