Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 641 min 156 nəfərə çatıb
Moskva, 29 iyun, AZƏRTAC
Ötən gün Rusiyada 6719 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 93 xəstə vəfat edib, 4343 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 641 min 156 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 403 min 430 nəfər sağalıb, 9166 pasiyent vəfat edib.
Hazırda Rusiya xəstəxanalarında 228 min 560 nəfər koronavirus infeksiyasından müalicə olunur.
Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]