Rusiyada peyvəndə qarşı çağırışlara görə hüquqi məsuliyyətin tətbiqi təklif olunur
Bakı, 20 iyul, AZƏRTAC
Leninqrad vilayəti İctimai Palatasının üzvü Vladimir Petrov qeyri-tibbi səbəblərdən peyvənddən imtina çağırışlarına görə hüquqi məsuliyyətin tətbiqini təklif edir.
AZƏRTAC "RT" kanalına istinadən bildirir ki, V. Petrov bununla bağlı ədliyyə naziri Konstantin Çuyçenkoya məktub göndərib. O, məktubunda analoji çağırışların insanlarda tərəddüd yaratdığını, oxşar tərəddüdlərin müəyyən işbazlara "meydan açdığını" qeyd edib. Petrov bu cür hərəkətlərin Cinayət Məcəlləsi üzrə qiymət almalı olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl oxşar təkliflərlə Rusiyanın Əməkdar vəkili İvan Soloviyev, Rusiya Federasiya Şurasının senatoru, Əməkdar həkim Tatyana Kusayko və başqaları çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]