Rusiyada radarlardan itmiş sərnişin təyyarəsi tapılıb
Moskva, 16 iyul, AZƏRTAC
Rusiyanın Tomsk vilayətində radarlardan itmiş “An-28” tipli sərnişin təyyarəsinin qəza enişi etdiyi məlum olub.
AZƏRTAC xəbər verir ki, Kedrovi şəhərindən Tomsk şəhərinə uçan təyyarə Moskva vaxtı ilə saat 14:36-da radarlardan itmişdi. Təyyarə “Sibirskaya Lyoqkaya Aviasiya” şirkətinə məxsusdur.
Təyyarədə 14 sərnişin və 3 heyət üzvünün olduğu bildirilir. İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]