Rusiyanın Tyotkino qəsəbəsində döyüşlər gedir
Moskva, 14 mart, AZƏRTAC
Kursk vilayətinin Tyotkino qəsəbəsində Ukrayna diversiya-kəşfiyyat qrupu ilə Rusiya Milli Qvardiyası (Rosqvardiya), Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri arasında döyüşlər gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rosqvardiyanın mətbuat xidməti məlumat yayıb.
Regionun qubernatoru Roman Starovoyt əhaliyə müraciət edərək diqqətli olmağa, şübhəli şəxslər, sahibsiz əşyalar barədə məlumat verməyə çağırıb.
Eyni zamanda, qubernator bölgədə PUA təhlükəsi olduğunu, hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]