Ruslan Lunyov: İslamiadanın ikiqat çempionu olmaq inanılmaz dərəcədə gözəl hissdir
Bakı, 14 may, Əziz Məmmədov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu olmaq inanılmaz dərəcədə gözəl hissdir. Həm də ikiqat xoşdur ki, qələbəni sonuncu atəşimlə qazanmışam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışlarının qalibi Ruslan Lunyov söyləyib.
O deyib: “Uzun müddət öz ritmimi tuta bilmirdim. Üstəlik, rəqiblərim çox yaxşı çıxış edirdilər. Türkiyəli idmançı Murat Kılıc lap əvvəldən liderliyi ələ almışdı. Oman təmsilçisi Səif Al-Haşmi yarışın sonuna yaxın çox yaxşı nəticələr göstərirdi. Vəziyyət elə gətirdi ki, finalda Murat Kılıcla qarşılaşmaq üçün omanlı idmançı ilə mübarizə aparmalı oldum. Mən beş mümkün hədəfin dördünə düşdüm, Səid isə yalnız ikisini düzgün nişan ala bildi. Odur ki, finala yolum açıldı. Final mərhələsində M.Kılıc qüvvəsini səfərbər edə bilmədi və yalnız bir dəfə hədəfə vurdu. Belə şansı əldən verə bilməzdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [15:36]
“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək
- 29.10.2026 [13:42]
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
- 29.10.2026 [13:24]
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]