Saatlı sakininin həyətindən 112 ədəd çətənə kolu aşkarlanıb
Saatlı, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakini Nurəli Astanov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 112 ədəd çətənə bitkisi və təmiz çəkisi 3 kiloqram 890 qram olan marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]