SAATLIDA 35500 TON PAMBIQ YIĞILMIŞDIR
Saatlının torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən indiyədək tarlalardan 35 min 500 ton pambıq yığmaqla, son illərin ən yüksək göstəricisini qazanmışlar. Bu rəqəm əvvəlki illə müqayisədə 2 min ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əsas emal müəssisələri olan “Saatlı-Pambıq” və “Şəki-İpək” açıq səhmdar cəmiyyətləri bu gün də müqavilə bağladıqları fermerlərdən “ağ qızıl” götürməkdə davam edirlər. Rayonda ümumi məhsul istehsalının 37 min tona çatdırılacağı proqnozlaşdırılır.