SAATLIDA ƏLİSOLTANLI KƏND MƏKTƏBİNİN 100 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil ocağında keçirilmiş toplantıda ictimaiyyətin nümayəndələri, rayon rəhbərləri, ziyalılar və məzunlar iştirak edib, yubiley sevinclərini bölüşmüşlər. Məktəbə rayon icra hakimiyyəti və təhsil şöbəsinin fəxri fərmanları verilmiş, ilin ən yaxşı müəllim və şagirdi mükafatlandırılmışdır. Məzunlar həyatda qazandıqları uğurlara görə doğma məktəbə, el-obaya borclu olduqlarını minnətdarlıqla vurğulamışlar. Kollektivin adından çıxış edən natiqlər təhsil ocağının layiqli ənənələrini bundan sonra da davam etdirəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]