“Sabah” klubu Azərbaycanda iki, Avstriyada isə üç yoxlama oyunu keçirəcək
Bakı, 14 iyun, AZƏRTAC
Bakının “Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda növbəti mövsümün hazırlığına iyunun 21-də Bakıda başlayacaq. Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komandamız Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]