“Sabah” litvalı basketbolçunu transfer edib
Bakı, 11 avqust, AZƏRTAC
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Mindauqas Susinskası transfer edib. Litvalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mindauqas Susinskas karyerası ərzində ölkəsinin "Dzukiya”, "Prenay", Almaniyanın “Xemnits" və son olaraq İspaniyanın "Jirona" komandalarının formasını geyinib. 2,04 metr boya malik basketbolçu Almaniyada FIBA Avropa Kuboku təcrübəsi qazanıb və həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 asist ilə çıxış edib. Daha sonra İspaniyanın ACB liqasında 3 mövsüm keçirərək Avropa basketbolunun ən yüksək səviyyələrindən birində özünü sınayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:00]
“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb
- 22.09.2026 [15:57]
Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
- 22.09.2026 [15:21]
“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
- 22.09.2026 [15:08]