Sabahdan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.