Azərbaycan Dövlət İnformasiya Agentliyi

SABİRABAD RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI HEYDƏR ABBASOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Sizə iftixarla hesabat veririk ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Sabirabad rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər müvəffəqiyyətlə yerinə yetirilmiş, rayonumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Sabirabad rayonunun inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərliyi dövründə 14 dəfə Sabirabadda olmuş, hər gəlişi ilə rayonun sosial-iqtisadi və mədəni inkişafına böyük töhfələr vermişdir. Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi illərdə rayonumuz kənd təsərrüfatında misilsiz nəticələr əldə etmiş, çoxsaylı emal müəssisələri yaradılmışdır. Nəticədə həmin vaxtlar Sabirabad rayonu kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində nəinki respublikada, hətta keçmiş Sovetlər İttifaqında tanınmış bir məkana çevrilmişdi.

Zati-aliləri, XXI əsrdə Sabirabadın dirçəlişi və inkişafı isə məhz Sizin möhtəşəm, uğurlu siyasətinizlə bağlıdır. Sizin ölkədə həyata keçirdiyiniz islahatlar Sabirabadın da simasını dəyişmiş, rayonun iqtisadi inkişafına yeni nəfəs vermişdir. Ölkədə sahibkarlığa göstərdiyiniz qayğı və diqqət, iş adamlarına yaratdığınız əlverişli münbit şərait özəl sektorun inkişafına güclü təkan vermiş, nəticədə rayonumuz kənd təsərrüfatı rayonundan aqrar-sənaye rayonuna çevrilmişdir.

Son iki ildə sovetlər dövründən qalmış Sabirabad konserv zavodu yenidən qurulmuş, onun nəzdində ən müasir avadanlıqla təchiz edilmiş, ümumi gücü ildə 20 milyon şərti banka olan yeni istehsal sahələri yaradılmışdır. Sahibkarlar artıq kəndlərə də investisiya yönəltməyə başlamışlar. Kürkəndi kəndində ildə müxtəlif çeşiddə 5 milyon şərti banka şirə hazırlayan zavod istifadəyə verilmişdir. Önəmli haldır ki, vaxtilə rayonda emal olunan kənd təsərrüfatı məhsulları ancaq MDB məkanına çıxarılırdısa, indi bu məhsullar Almaniya, ABŞ, Kanada və Türkiyədə alıcıların rəğbətini qazanmışdır.

Möhtərəm cənab Prezident!

Bu gün ölkəmiz tikinti meydanını xatırladır. Gündən-günə tikinti materiallarına artan tələbat rayonumuzda da bu sahə üzrə yeni istehsal müəssisələrin yaradılmasına təkan vermişdir. Uzun illər fəaliyyətsiz qalmış mexaniki təmir zavodunun bazasında 2008-ci ildə müasir avadanlıqla təchiz edilmiş alüminium kompozit panelləri istehsal edən zavod yaradılmışdır. Sutkada 4500-5000 kvadratmetr məhsul istehsal etmək gücündə olan müəssisənin məhsullarına sifarişçilərin sayı get-gedə artır. Məlumat verim ki, artıq zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, bir çox xarici ölkələrə də ixrac olunur.

Möhtərəm cənab Prezident!

2008-ci il sentyabrın 26-da Siz rayonumuza səfəriniz çərçivəsində sərnişin və yük liftləri istehsal edən zavodun fəaliyyəti ilə tanış oldunuz. Ötən müddətdə zavod 300 ədəd lift hazırlayaraq sifarişçilərə çatdırmışdır. Cari ilin əvvəlindən isə bu müəssisə artıq Gürcüstana və Qazaxıstana məhsul göndərməyə başlamışdır. Əgər sifarişlər bu cür davam edərsə, zavod 2009-cu ildə 5 min sərnişin və yük liftləri hazırlaya bilər.

Ötən il tikinti məhsulları istehsal edən, buraxılış gücü sutkada 500 ton olan “Muğan Sement” zavodunda yüksək keyfiyyətli sement istehsalına başlanılmışdır. Burada istehsal olunan müxtəlif növ sement bütün ətraf rayonların tələbatını tam ödəmək iqtidarındadır. Rayonda 2008-ci ildə işə düşmüş yumşaq tara fabrikində ildə 20 milyon ədəd müxtəlif növ kisə istehsal olunur. Bu müəssisənin özəlliyi ondadır ki, burada çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son iki ildə yaradılmış 10 istehsal müəssisəsində ümumilikdə 1200 nəfərdən artıq işçi qüvvəsi çalışır ki, onların da orta aylıq əmək haqqı 280 manatdır.

Cari ildə həmin müəssisələrdə 120-130 milyon manatlıq sənaye məhsulunun istehsalı nəzərdə tutulmuşdur ki, bu da 2003-cü illə müqayisədə ən azı 20 dəfə çoxdur. Bu müəssisələrin istehsal gücü proqnozlaşdırılan səviyyəyə qaldırılarsa, burada çalışan işçilərin maaşlarının hətta 400-500 manata çatdırılması mümkün olacaqdır.

Sizin sahibkarlara yaratdığınız əlverişli şəraitin nəticəsidir ki, əgər 2003-cü ildə sənaye istehsalının həcmi ümumi daxili məhsulun cəmi 4,7 faizini təşkil edirdisə, 2008-ci ildə yeni sənaye müəssisələrinin işə düşməsi ilə bu rəqəm 27 faizədək yüksəlmişdir. Ancaq bu sahədə bütün potensiallardan tam istifadə olunmamışdır. Hesab edirik ki, 2009-cu ildə bu rəqəm 60-70 faizə çatacaq, Sabirabad rayonunun tarixində ilk dəfə sənaye məhsullarının həcmi rayonun ümumi məhsul buraxılışının əsasını təşkil edəcəkdir.

Möhtərəm cənab Prezident!

Sənayenin sıçrayışla inkişafı rayonda yeni peşə və ixtisaslara olan tələbatı ortaya çıxarmış, peşə hazırlığı məsələlərinə diqqətin artırılması zərurətini yaratmışdır. Bunun üçün biz Sabirabad şəhərindəki texniki peşə məktəbində müxtəlif peşələr üzrə hazırlıq kursları təşkil etmişik.

Rayonda sənayenin sürətli inkişafı, yeni iş yerlərinin açılması gənclərin rayonda qalmaları üçün əsaslı zəmin yaratmışdır. Bütün bunların sayəsində ölkəmizdən xaricə iş dalınca gedən gənclərimiz geri qayıtmağa başlamışlar. Təkcə son iki ildə geri dönənlərin sayı 850-ni keçmişdir.

Göstərilənlər isə öz növbəsində, xidmət sahələrinin də inkişafına təkan vermişdir. Xidmətlərin ümumi çəkisinin artması ilə yanaşı, onların çeşidi və keyfiyyəti də əhəmiyyətli dərəcədə yüksəlmişdir. Təkcə bir rəqəmi diqqətinizə çatdırmaq istəyirəm ki, əhalinin xidmət sahələri üzrə aylıq xərcləri 2003-cü illə müqayisədə 3,4 dəfə artmışdır.

Gənclərin asudə vaxtlarının təşkili və sağlam həyat tərzi üçün rayonda hər cür şəraitin yaradılması bu günün ən aktual məsələlərindəndir. Sizin təməlini qoyduğunuz və 2008-ci ildə açılışını etdiyiniz Olimpiya İdman Kompleksi sabirabadlı gənclərə böyük hədiyyə olmuşdur. Xeyir-duanızla ötən il istifadəyə verilmiş Gənclər Mərkəzi də gənclərin sevimli istirahət yerinə çevrilmiş, burada marketinq və menecment, xarici dil, dizayn və arxitektura, stilist kursları təşkil edilmiş, elektron kitabxana, dərnəklər, klublar fəaliyyətə başlamışdır.

Möhtərəm cənab Prezident!

Sizin bilavasitə rəhbərliyiniz və tapşırığınız əsasında rayonda abadlıq və quruculuq işləri geniş vüsət almış, nəticədə Sabirabad şəhərinin siması tamamilə dəyişmişdir. Burada yeni parklar və xiyabanlar salınır, müasir işıqlandırma sistemi quraşdırılır, küçələr və yollar abadlaşdırılır.

Möhtərəm cənab Prezident!

Siz Sabirabadda olarkən “Sabirabad yeni inkişaf dövrünü yaşayır” demişdiniz. Bu inkişaf bütün ölkədə olduğu kimi, Sabirabadda da Sizin adınızla bağlıdır. Əmin ola bilərsiniz ki, biz sabirabadlılar həmişə olduğu kimi, Sizin ölkəmizdə həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində yaxından iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər