Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və bir müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:15]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [17:19]