Sabirabadda ağacəkmə aksiyası keçirilib
Sabirabad, 15 mart, Aydın Yavərzadə, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sabirabadda ağacəkmə aksiyası keçirilib, müxtəlif növ ağaclar əkilərək yeni yaşıllıq zolaqları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Sabirabad rayonunda tədbirlər davam etdirilir. Növbəti tədbir ağacəkmə aksiyası olub. Aksiyada rayon rəhbərliyi, idarə və müəssisə əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Nərimankənd və Qaratəpə kəndləri ərazisindən keçən hissəsində yol kənarlarında yeni ağaclar əkilib. Üç hektar ərazini əhatə edən sahədə 3 min ədəd müxtəlif növ həmişəyaşıl, zeytun, oleandr, göyrüş ağaclarından ibarət yaşıllıq zolağı salınıb. Yeni əkilən ağaclara qulluq göstərilib.