Şabranda baş verən qəzada 4 nəfər xəsarət alıb
Şabran, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb. "Fiat" markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılar Şabran rayon sakinləri 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, Qasanov Ziya Məzahir oğlu və Mirzəliyev Pərvin Nəsrulla oğludur.
Yaralılara müvafiq tibbi yardım göstərilib. Xəsarət alan şəxslər orta məktəbi bir yerdə oxuyublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]