Şabranda restoran sahibi cərimələnib
Şabran, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Yaşıl tac” şadlıq sarayında karantin rejimi qaydalarının pozulması ilə müşahidə olunan 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [23:39]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [21:06]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:00]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [19:09]