ŞAH İSMAYIL XƏTAİNİN HEYKƏLİ YENİDƏN BƏRPA OLUNMUŞDUR
Xətai rayonunun Yusif Səfərov küçəsindəki parkda Azərbaycanın görkəmli sərkərdəsi və şairi Şah İsmayıl Xətainin abidəsinin və parkın əsaslı təmiri başa çatmışdır.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Pənah İmanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təmsil olunduğu qurumun ayırdığı maliyyə vəsaiti hesabına heykəlin postamenti və qarşısındakı fəvvarə yenidən qurulmuş, abidə isə bərpa olunmuşdur.
Rayon icra hakimiyyətinin nümayəndəsi demişdir ki, əsaslı təmir işləri iki ay çəkmiş, abidənin yerləşdiyi parkda İran və Türkiyədən gətirilmiş dekorativ bitkilər əkilmiş, yeni oturacaqlar qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:44]
“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]