Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şahdağ” - Azərbaycan dağlarında bir incidir

Bakı, 16 fevral, AZƏRTAC

“Şahdağ” turizm mərkəzi Azərbaycan tarixində ilk dağ-xizək kurortu və mübaliğəsiz deyə bilərik ki, hazırda ölkənin ən populyar turizm obyektidir. 2012-ci ildə fəaliyyətə başlamış bu kompleks bütün ilboyu dünyanın hər yerindən istirahətə gələnləri cəlb edir. Qış mövsümündə mərkəzin qonaqları mürəkkəblik dərəcələri müxtəlif olan 14 xizək yolundan və buz meydançasından istifadə edirlər. Yayda isə turistlərə yaşıl təpəliklər arasında piyada gəzintiyə çıxmaq, at sürmək, kvadrosikldə, qravitasiya qüvvələrinə meydan oxuyan zip-layn attraksionunda (sürətli eniş üçün polad kanat) əylənmək imkanı təklif olunur. Burada ilin bütün fəsillərində bir neçə kanat yol, beş əla otel, çoxsaylı kafe və restoranlar, müxtəlif əyləncələr istirahət edənlərin xidmətindədir.

Şaxta və günəş

“Şahdağ” turizm mərkəzi Azərbaycanın Qusar rayonunda dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşir. Mərkəzin əsas hissəsi hündürlüyü 1440-1640 metr həddində dəyişən yayladır. Qusar şəhərindən Şahdağ” kompleksinə gedən avtomobil yolunda sürüşmə təhlükəsi tamamilə aradan qaldırılıb.

Turizm mərkəzindəki xizək yolları burada istirahət edənlər üçün səhər saat 8-dən açıqdır, lakin saat 17:00-dan bu yollar bağlanır. Başqa sözlə desək, onların iş müddəti 9 saata bərabərdir. Yola sərf edəcəyiniz vaxtı, bir saatlıq nahar fasiləsini, habelə xizək avadanlığının seçilməsi və geyinmək üçün daha bir saat vaxt tələb olunduğunu da nəzərə almaq lazımdır. Buna görə də əgər yolunuz uzaqdırsa, səhər tezdən yola çıxmağı məsləhət görürük.

Kompleksə gedən yol boyunca ecazkar dağ mənzərələrini müşahidə edə bilərsiniz. “Şahdağ” turizm mərkəzinin lap yaxınlığındakı çayda isə alabalıq yetişdirilən kiçik balıqçılıq təsərrüfatı yaradılıb. İstəsəniz, burada təzə balıq ala bilərsiniz.

Kompleksin yamaclarından biri istisna olmaqla qalan yamacların hamısının üzü şimala baxır. Bu səbəbdən, ta bahara qədər burada yerdə qar olur. Qış vaxtı kompleksə gələnlərin diqqətini cəlb edən birinci məqam dağlarda gözqamaşdırıcı günəş şüaları altında parlayan qardır. Bu qeyri-adi mənzərə turistlərin əhvalını yaxşılaşdırır, fəal istirahətdən uzun müddət zövq almaq arzusu oyadır. Kompleksin rəhbərliyi isə qar örtüyünü ideal vəziyyətdə saxlamalıdır. Bütün kurort ərazisində quraşdırılmış və ona futurist görkəm verən xüsusi qar topları buna kömək edir.

Kompleksin infrastrukturu çox zəngindir. Burada çoxsaylı otellər, restoranlar, xizək yolları, liftlər var. Dağ-xizək kompleksinin xidmətləri barədə ətraflı məlumat almaq üçün “Şahdağ” informasiya mərkəzinə müraciət etməyi məsləhət görürük. Bu Mərkəz kompleksin girəcəyində “Zirvə” otelinin binasında yerləşir. Mərkəzin gənc əməkdaşları sizi maraqlandıran bütün suallara cavab verəcək, lazımi bukletləri sizə təqdim edəcəklər.

Kompleksdə yerləşmə qaydaları

Əgər siz bu kompleksdə bir sutka və daha çox qalmaq fikrindəsinizsə, ilk növbədə gecələmə yeri barədə düşünməlisiniz. Hazırda burada beş otel fəaliyyət göstərir: - “Zirvə” (4-ulduz), “Shahdag Hotel & Spa” (5-ulduz), “Gaya Residences” (ailəvi iqamətgahlar), “Pik Palas” (5-ulduz) və “Park Chalet” (4-ulduz).

Biz gecəni “Shahdag Hotel & Spa”da keçirdik. Müasir üslubda inşa edilmiş bu dəbdəbəli otelin nömrələri geniş, təmiz və işıqlı, təchizatı həqiqətən 5-ulduzlu otel statusuna uyğundur. Burada evdə geyinmək üçün xalat və çəkələklər, çay və qəhvə ləvazimatı, paltar ütüləmək üçün taxta və ütü də daxil olmaqla hər şey nəzərdə tutulub. Hamamxanada geniş vanna, isti döşəmə və televizorun səsi translyasiya olunan audiosistem diqqəti cəlb edir.

Oteldə ümumi sahəsi 3000 kvadratmetr olan geniş “Ovdan” SPA mərkəzi, örtülü hovuz, fitnes-zal, sauna, habelə konfrans mərkəzi və maşın saxlamaq üçün yer var. Uşaqları nəzarətsiz qoymamaq üçün onları otelin əla təchiz edilmiş uşaq otağında tərbiyəçilərə tapşırmaq olar. Otelin nəzdində “Mənzərə”, “Miras” və “Xəzinə” adlı restoran və barlar fəaliyyət göstərir.

Yeri gəlmişkən, “Şahdağ” kompleksinin qeyri-adi populyarlığını nəzərə alaraq otellərdə nömrələri əvvəlcədən sifariş verməyi məsləhət görürük. Bunu etmək lap asandır. Daha ətraflı məlumat almaq üçün “Şahdağ” turizm mərkəzinin Bakıda, Bülbül prospekti, 26 ünvanında yerləşən informasiya bürosuna müraciət etmək, yaxud (+99 412) 310-11-10 və 1110 qısa nömrəsinə zəng vurmaq kifayətdir.

Xizək şopinqi

Kompleksdə yerləşmə məsələsi həll ediləndən sonra xizək yollarını sınaqdan keçirməyin vaxtıdır. Bunun üçün “Sport System” mağazasına yola düşdük. Burada istədiyiniz xizək avadanlığını almaq və ya onu icarəyə götürmək mümkündür. Xizək sürmək üçün sizə ən azı xizək və əl ağacları, yaxud snoubord üçün taxta, çəkmə, dəbilqə və islanmayan xüsusi geyim lazım gələcək. Bütün bunları kirayə götürmək olar. Əgər siz əlcək və gün eynəyi götürməyi unutmusunuzsa, burada həm onları, həm də xizək maskalarını, çoxfunksiyalı saat, qoruyucu krem və başqa ləvazimatları ala bilərsiniz. Yeri gəlmişkən, dağlıq şəraitdə günəşdən qorunmaq üçün krem həm dərinizi qurumaqdan qoruyacaq, həm də bərabər səviyyədə qaralmağa kömək edəcək. Bu isə belə şəraitdə zəruridir.

İlk növbədə xizək çəkmələrinin icarəyə verildiyi şöbəyə baş çəkib orada sizin ayağınızın ölçüsünə uyğun çəkmə olub-olmadığını dəqiqləşdirməyi məsləhət görürük. İstirahətə gələnlərin sayı çox olduğuna görə ən geniş yayılmış ölçülü çəkmələr qısa müddətdə paylanır, çəkmə olmasa sizə xizək də verilməyəcək və sizə lazım olan ölçülü ayaqqabını kirayə götürən adamlardan kiminsə həmin ayaqqabını geri qaytarmasını gözləməli olacaqsınız. Xizək çəkməsi məsələsini həll edəndən sonra qeydiyyat şöbəsinə gedib hansı ləvazimatları (snoubord, üst paltar, dəbilqə və s.) kirayə götürmək istədiyinizi bildirin, kirayə xidmətləri haqqını ödəyin və ödəmə barədə qəbz alıb xizək verilən şöbəyə müraciət edin. Burada operator sizin ayaqqabınızın ölçüsünə uyğun xizək və əl ağacı seçəcək. Bundan sonra əgər paltar kirayə götürmək istəyirsinizsə o biri şöbələrə də müraciət edin, yaxud skamyada əyləşərək çəkmələrinizi geyin.

Bir mühüm məsələ: xizək ləvazimatlarını kirayə götürəndə girov kimi sizin şəxsiyyət vəsiqənizi və ya sürücü vəsiqənizi tələb edəcəklər. Bu sənədlər olmasa, kirayə götürdüyünüz avadanlığın növündən asılı olaraq 300-400 manat pul girov qoya bilərsiniz.

Sözdən işə keçəndə

Kurortla ilk tanışlıq üçün ən yaxşı üsul buradakı çoxsaylı kanat yollarda gəzintiyə çıxmaqdır. Bu yolların hamısı dağın ətəyindən onun yamaclarına doğru aparır. Biz uzunluğu 1800 metr olan “Mono-Qondola” adlı yeni kanat yolundan istifadə etdik. Keçən il istifadəyə verilmiş bu yolda 56 bağlı kabinə var. Kanat yoldan ətrafdakı dağlara, xizək yollarına, kompleksin otel və restoranlarına panoram açılır. Açıq kabinəli kanat yolla gəzinti də çox güclü təsir bağışlayır. Buradan göz oxşayan mənzərələrin şəklini çəkmək olar.

“Şahdağ” kompleksi barədə ilk təəssüratlardan sonra sürüşməyə başlamaq olar. Əgər xizək sürmək təcrübəniz varsa, mürəkkəblik dərəcəsi zövqünüzə uyğun olan bir yol seçin. Əks halda, yəni xizək sürməyi ilk dəfə sınaqdan keçirmək istəyirsinizsə, buyurun təlimatçının yanına. Bir-iki saatlıq məşğələ sayəsində təlimatçı bunun üçün zəruri olan əsas texniki vərdişləri sizə öyrədəcək, xizəyi düzgün geyinmək və çıxarmaq, qar üstündə xizəklə necə hərəkət etmək, sürəti artırmaq, dönmək və sürəti azaltmaq, zədələnməmək üçün özünüzü necə aparmaq lazım olduğunu göstərəcəklər.

Peşəkarların fikrincə, ən yaxşısı xizək sürməyi lap əvvəldən düzgün öyrənməkdir, çünki əgər bu texnikanı düzgün mənimsəməsəniz, onu sonradan düzəltmək çətin olacaq. Buna görə də məsləhətimiz budur ki, təlimatçı ilə məşğələyə etinasız yanaşmayın.

Təmiz dağ havasında xizək sürəndən sonra iştahamız özünü göstərdi və biz “Tez Bazar” restoranına getdik. Restoranın geniş pavilyonunda xidmət prinsipi belədir: Siz yeməklər düzülmüş piştaxtalara yaxınlaşıb yemək seçir, aşpaz sizin seçdiyiniz xörəkləri nimçələrə yerləşdirir, sonra kassaya yaxınlaşıb ödəniş edirsiniz. Restoranın menyusunda müxtəlif çeşidli şorbalar, salatlar, ət xörəkləri, qarnirlər, desertlər, meyvələr, içkilər var.

Elə həmin binanın ikinci mərtəbəsində ənənəvi “Ləzzət” restoranı yerləşir. Burada daha rahat şəraitdə menyunu vərəqləyib seçdiyiniz yeməkləri sifariş verə bilərsiniz. Restoranlar saat 8:00-dan 21:00-dək işləyir.

Yeri gəlmişkən, kompleksin yamaclarından birində 2351 metr yüksəklikdə unikal restoranın tikintisi gedir. Tam əsasla deyə bilərik ki, bu, ölkəmizdə ən yüksək dağlıq ərazidə yerləşən restoran olacaq.

Şahdağ yayda

“Şahdağ” turizm mərkəzinin unikallığı ondan ibarətdir ki, bu mərkəz qonaqları ilboyu qəbul edə bilər. Yeri gəlmişkən, “Şahdağ” da xizəksürmə mövsümü təxminən dekabr ayında başlanır və martın axırına qədər davam edir. Kompleksdə süni qar örtüyü yaratmaq üçün hər cür imkan olduğuna baxmayaraq aprelin əvvəlində xizək yollarının fəaliyyəti dayandırılır və kompleks yay iş qrafikinə keçir. Bu o deməkdir ki, turistlər əvvəlki qayda üzrə turizm mərkəzinə gəlmək, onun zəngin infrastrukturundan istifadə etmək, dağlarda yay istirahətinin hədsiz imkanlarından ləzzət almaq hüququna malikdir.

İnsafən demək lazımdır, Şahdağda yay istirahəti qışdakından heç də geri qalmır. Ətraf təpələrdəki qar əriyən kimi alp çəmənliklərindəki müxtəlif otlar və çiçəklər baş qaldırır. Çayların şırıltısı, kəpənəklərin uçuşu, quşların oxuması hər kəsi valeh edir.

`Keçən il bu kompleksdə dərinliyi 2,2 metr olan “Snowmaking Reservoir” adlı son dərəcə gözəl süni göl yaradılıb.

Yay mövsümü başlayanda kompleksin ərazisində tennis kortları, futbol meydanları, basketbol meydançaları, örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri fəaliyyət göstərir. Burada istirahət edənlər piyada (trekinq) və at belində yürüşə çıxmaq, alpinistlər kimi dağa dırmanmaq, kvadrosikl, dağ velosipedləri, zip-layn kimi vasitələrdən istifadə etmək imkanına malikdirlər.

Sözardı əvəzi

Sakit istirahət həvəskarlarının “Şahdağ” kompleksinə adi günlərdə gəlməsi məsləhətdir. Belə günlərdə burada adam nisbətən az olur, yollarda və ictimai yerlərdə hərəkət etmək daha asan olur. Həftə sonunda kompleksə istirahətə gələnlər çoxalır. Buraya ailəvi şəkildə və böyük kompaniyalarla gəlirlər. Hazırda bu kurortda hər gün 10 min nəfərə qədər (gecələmək şərti ilə 1100 nəfər) turist qəbul etmək mümkündür. Lakin kompleksin infrastrukturu daim genişlənir və nəzərdə tutulan bütün obyektlər istifadəyə veriləndən sonra bu rəqəm qat-qat artacaq.

Burada istirahət edənlərin çoxu əcnəbilərdir. Beləliklə, “Şahdağ” təkcə turizm mərkəzi deyil. Bu kompleks Azərbaycanın populyarlaşmasında, ölkəmizin qədim tarixinin, mədəniyyətinin və bənzərsiz təbiətinin təbliğində mühüm rol oynayır. Bu isə dünya turizm sənayesində “Şahdağ” turizm kompleksinin əhəmiyyətini daha da artırır.

Emil Eyyubov

Xüsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ