Şahdağ Milli Parkının Oğuz rayonunu əhatə edən hissəsində qanunsuz ov edənlər cərimələniblər
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 6-da gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan iki ov silahı və iki baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.
Nazirlik tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]