Sahibə Qafarova: Azərbaycanın resursları böyükmiqyaslı infrastruktur layihələrini reallaşdırmağa imkan verir
Bakı, 17 mart, AZƏRTAC
Ötən il ümumi daxili məhsul 4,6 faiz artıb. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunub, ixrac iki dəfədən çox artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən plenar iclasında deyib.
Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycanın malik olduğu resurslar böyükmiqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]