Şahin Bağırov “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında olublar.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə də görüşüblər. “Murov Az Terminal” klubunun prezidenti Cavid Kərimov qonaqlara burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Daha sonra federasiya prezidenti “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.
Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]