Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə rumıniyalı rəqibi ilə qarşılaşacaq
Bakı, 23 may, AZƏRTAC
Mayın 24-də Cəbəllütariqdə dünyanın ən güclü qadın şahmatçılar arasında Qran-Pri turnirinin ikinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı təmsil edən Günay Məmmədzadənin növbəti rəqibi rumıniyalı İrina Bulmaqa olacaq. Şahmatçımız birinci turda qadınlar arasında keçmiş dünya çempionu, bolqarıstanlı Antoaneta Stefanova ilə qarşılaşmasını heç-heçə ilə başa vurub.
Turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya həmyerlisi Katerina Laqno, Valentina Qunina bolqarıstanlı Antoaneta Stefanova, Qazaxıstan təmsilçiləri Dinara Saduakassova ukraynalı Mariya Muzıçuk, Jansaya Abdumalik almaniyalı Elisabet Paets, gürcüstanlı Nana Dzaqnidze Ukraynanın digər təmsilçisi Anna Muzıçuk ilə qarşılaşacaqlar.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]