Şahmatçılarımız Avropa çempionatının dördüncü turunda mübarizə aparacaqlar
Bakı, 29 avqust, AZƏRTAC
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin dördüncü turunda şahmatçılarımız Nicat Məmmədov Liviu-Dieter Nisipeanu (Almaniya), Rauf Məmmədov Yevgeni Romanov (Rusiya), Nicat Abasov Juraj Druska (Slovakiya), Aydın Süleymanlı Aleksandra Maltsevskaya (Rusiya), Riad Səmədov Qeorqios Papidakis (Yunanıstan) ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, üç turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]